SON XƏBƏRLƏR

İranda son 1 ildə edam edilənlərin sayı açıqlandı

2026.03.24, 10:53
İranda son 1 ildə edam edilənlərin sayı açıqlandı

2025-ci ilin mart ayının 21-dən 2026-cı ilin mart ayının 21-ə kimi İran həbsxanalarında 2657 nəfər edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam olunanlar arasında 68 qadın, 22 siyasi məhbus və cinayət törətdiyi vaxt yetkinlik yaşına çatmamış 8 nəfərin adı var.

Bu, əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb.

2024-cü ilin mart ayının 21-dən 2025-ci il mart ayının 21-ə kimi İranda 1159 məhbus edam edilmişdi.

Bununlada Məsud Pezeşkianın prezidentliyi dövründə edam edilənlərin sayı 3625-ə çatıb.

Bu da, ondan əvvəlki prezident İbrahim Rəisinin dövrü ilə müqayisədə iki dəfədən çoxdur.
 
İnsan haqları təşkilatlarının bldirdiyinə görə, hökumət edamları artırmaqla cəmiyyətdə qorxu mühiti yaradıb və etirazların qarşısını almağa çalışır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar