SON XƏBƏRLƏR

Rza Pəhləvi İran üçün qeyri-sabitlik riski sayılır

2026.03.24, 22:01
Rza Pəhləvi İran üçün qeyri-sabitlik riski sayılır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, bəzi ABŞ mənbələri Rza Pəhləvinin İran üçün uyğun liderlik namizədi olmadığını və onun hakimiyyətə gəlməsinin qeyri-sabitliyə səbəb ola biləcəyini bildirir.

Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası hələ də İranla əməkdaşlıq edəcək bir fiqur axtarır, lakin bəzi media məlumatlarına görə, Rza Pəhləvi bu rol üçün uyğun seçim hesab edilmir.

Bir ABŞ rəsmisi “Politico” saytına bildirib ki, Rza Pəhləvinin hakimiyyətin başına gətirilməsi “arzuolunan variant deyil” və belə bir addımın qeyri-sabitliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Digər bir rəsmi isə onun adının müzakirə olunan variantlar arasında olmadığını vurğulayıb.

Donald Tramp daha əvvəl Rza Pəhləvinin müharibədən sonra İranın rəhbərliyində mümkün rolunu az əhəmiyyətli hesab edib və ölkə daxilindən bir şəxslə işləməyi üstün tutduğunu bildirib.

Bəzi məlumatlara görə, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın adı da çəkilir, lakin onun SEPAH-la yaxın əlaqələrinə görə bu variantın ehtimalı zəif qiymətləndirilir.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar