SON XƏBƏRLƏR

Həmədanda SEPAH-ın terrorçu qüvvələrinə zərbə (Video)

2026.03.27, 00:47
Həmədanda SEPAH-ın terrorçu qüvvələrinə zərbə (Video)

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, cümə axşamı, 26 mart, Həmədanda, Babatahir məhəlləsində yerləşən SEPAH-ın «Ənsarəlhüseyn» briqadasının qərargahı hava hücumuna məruz qalıb. Yerli sakinlərin məlumatına görə, saat 12;40 ilk partlayışlar baş verib və bir neçə dəqiqə sonra eyni nöqtədə iki partlayış daha qeydə alınıb.

Bu hücum, illərdir Güney Azərbaycan xalqı və fəal vətəndaşlara qarşı zorakılıq və təzyiq göstərən terrorçu SEPAH qüvvələrinə qarşı aparılan əməliyyatların bir hissəsidir. Yayımlanan görüntülər və yerli mənbələr partlayışların gücünü və SEPAH-ın binalarının ciddi şəkildə dağıldığını təsdiqləyir.

Bu əməliyyat bir daha göstərir ki, SEPAH-ın hərbi mərkəzləri, basqınçı və terrorçu qüvvələrinin toplandığı yerlər belə, hücumların hədəfi ola bilər və onların tam təhlükəsizliyi təmin olunmayıb.


GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar