SON XƏBƏRLƏR

İranda nüvə proqramı ilə bağlı şəxs hədəf alındı

2026.03.29, 01:12
İranda nüvə proqramı ilə bağlı şəxs hədəf alındı

Son günlər İranda üç nüvə alimi öldürülüb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran mediası nüvə proqramı ilə əlaqəli fəaliyyət göstərən Məhəmmədrza Kiyanın öldürüldüyünü açıqlayıb.

Məlumatlara əsasən, Məhəmmədrza Kiya həyat yoldaşı ilə birlikdə Gilan vilayətinin Kiyaşəhr bölgəsinə bağlı Dəstək kəndində həyata keçirilən hədəfli hücum nəticəsində öldürülüb.

Hadisənin ötən həftənin şənbə günü baş verdiyi bildirilir. Mənbələr hücumu “dəqiq və hədəfli” kimi qiymətləndirsə də, onun necə həyata keçirildiyi — pilotsuz uçuş aparatı və ya raketdən istifadə olunub-olunmadığı — barədə rəsmi məlumat verilməyib.

İran mediası xəbəri təsdiqləyib və onların cəsədlərinin son günlərdə dəfn olunduğu bildirilib.


Gunaz TV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar