SON XƏBƏRLƏR

Tehranda Sepahının komandanı hədəfli hücumda öldürüldü

2026.03.29, 02:31
Tehranda Sepahının komandanı hədəfli hücumda öldürüldü

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, daxil olan məlumatlar və yerli mənbələrə əsasən, Tehran Böyük Sepahının komandanı Həsən Həsənzadə Tehranda hədəfli hava zərbəsi nəticəsində öldürülüb.

Məlumatlara görə, bu yüksək rütbəli Sepah komandiri 1inci ay dan sonra etiraza qarşı küçə zorakılığı və repressiyalarda birbaşa rol oynayıb və bu gün axşam saatlarında Tehranın Sabuni küçəsində dəqiq zərbə ilə hədəf alınıb.

Bildirilir ki, hücum zamanı onun müavinlərindən biri də öldürülüb, lakin həmin şəxsin kimliyi hələlik açıqlanmayıb.

Sepah qurumu, uzun illər boyu insanlara qarşı basqı, qətliam və qorxu mühiti yaratmaqla tanınan terrorçu bir struktur kimi, İran hakimiyyətinin cəmiyyəti nəzarətdə saxlamaq üçün əsas alətlərindən biri olub.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar