SON XƏBƏRLƏR

SPND təşkilatının tədqiqat rəhbəri Əli Fuladvənd öldürüldü

2026.03.29, 16:39
SPND təşkilatının tədqiqat rəhbəri Əli Fuladvənd öldürüldü

Müdafiə Tədqiqatları və İnnovasiya Təşkilatı (qısaca SPND) ya da (SEPƏND)-nin əsas vəzifəsi nüvə silahlarının hazırlanması ilə bağlı tədqiqatlar aparmaqdır.

Gunaz.tv

Əli Fuladvənd, SPND təşkilatının tədqiqat idarəsinin rəhbəri, şənbə günü səhər saatlarında Lorestan vilayətinin Borucerd şəhərinə edilən hücumlar zamanı ailə üzvləri ilə birlikdə öldürülüb.

O, bundan əvvəl 12 günlük müharibə zamanı da bir dəfə hücumun hədəfi olmuş, lakin sağ qalmışdı. Həmin hücumda onun həyat yoldaşı Məsumə Pirhadi öldürülmüşdü.

İran mediası Əli Fuladvəndin öldürüldüyünü təsdiqləyərək onu “adi bir vətəndaş” kimi təqdim edib. Halbuki SPND təşkilatı İranın hərbi nüvə proqramına cavabdeh qurum hesab olunur.

Əli Fuladvənd 1 oktyabr 2025-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən sanksiyaya məruz qalmışdı.

 SPND İran Müdafiə Nazirliyinə bağlı dövlət qurumudur. Bu təşkilata daha əvvəl Möhsen Fəxrizadə rəhbərlik edib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar