SON XƏBƏRLƏR

Rubio: İran rəhbərliyində parçalanma var

2026.03.30, 20:35
Rubio: İran rəhbərliyində parçalanma var

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın dövlət katibi Marco Rubio Donald Trampın İranla “daha məntiqli yeni rejim”lə danışıqlar barədə açıqlamalarına reaksiya verərək İran rəhbərliyində parçalanmaların olduğunu bildirib.

Rubio ABC telekanalına müsahibəsində deyib: “Onların adını çəkmirəm, çünki bu, İran daxilində onlar üçün problem yarada bilər.”

O, qurulan əlaqələrə toxunaraq əlavə edib: “İranda bəzi şəxslər özəl şəkildə doğru sözlər deyirlər” və qeyd edib ki, əvvəllər mövcud olmayan əlaqələr formalaşıb.

ABŞ dövlət katibi vurğulayıb: “Hələlik bu şəxslərin hakimiyyətə gəlib-gəlməyəcəyi və ya öhdəlikləri yerinə yetirə biləcəyi bəlli deyil.”

O həmçinin bildirib: “Biz bunu yoxlayacağıq və ümid edirik ki, belə olacaq.”

Rubio Donald Trampın mövqeyinə istinad edərək əlavə edib: “Onun açıqlamaları göstərir ki, təhdidlərə baxmayaraq, o hələ də diplomatiyaya üstünlük verir.”

 

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar