SON XƏBƏRLƏR

31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

2026.03.31, 11:06
31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlı türk və müsəlmanlara qarşı həyata keçirdiyi soyqırımından 108 il ötür.

Gunaz.tv

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Qeyd edək ki, bənzər hadisələr Güney Azərbaycanda ad yaşanmışdır. Belə ki, 1918-ci ilin mart ayında "Cilovluq soyqırımı" kimi bilinən olaylar zamanı yarım milyona qədər türk və müsəlman qətlə yetirilmişdir.

Xatırladaq ki, 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası Bakıda baş verən qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar