SON XƏBƏRLƏR

İranın yüksək vəzifəli rəsmiləri yeraltı sığınacaqlarda gizlənib

2026.04.02, 01:24
İranın yüksək vəzifəli rəsmiləri yeraltı sığınacaqlarda gizlənib

İran rəhbərliyi gizlənir, amma mediada güc görüntüsü verir.

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə: İsrailin Kanal 14 xəbər şəbəkəsinin yaydığı məlumata əsasən, İsrail və ABŞ-ın İranın obyektlərinə hücumları davam etdiyi bir vaxtda, İranın yüksək vəzifəli rəsmiləri tam gizlilik şəraitinə keçib.

Hesabatda Tehrandan yayılan məlumatlara istinadən bildirilir ki, yüksək səviyyəli rəsmilər yeraltı sığınacaqlarda gizlənib, lakin rəsmi açıqlamalarda və mediada “özünəinam” və vəziyyətə nəzarət görüntüsü yaratmağa çalışırlar.

Kanal 14-ün xəbər aparıcısı bu barədə deyib: "İranın yüksək rəhbərliyi sığınacaqlarda gizlənib, amma zahirdə və mediada, rəsmi çıxışlarda özlərini çox güclü və inamlı göstərirlər."

Hesabatın yekununa görə, İran hakimiyyəti “müqavimət” görüntüsünü qorumağa çalışsa da, reallıq göstərir ki, yüksək vəzifəli şəxslər hücumlardan qorunmaq üçün yeraltı təhlükəsiz sığınacaqlara yerləşdirilib.

Tənqidçilər bildirir ki, mediada güc nümayişi ilə real həyatda gizlənmə arasındakı bu ziddiyyət hakimiyyət strukturunda dərin böhranın göstəricisidir və bu vəziyyət onun legitimliyi və sabitliyini daha da sual altına alır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar