SON XƏBƏRLƏR

İraqda həlak olan İrana bağlı qüvvələrin sayı artdı

2026.04.02, 11:13
İraqda həlak olan İrana bağlı qüvvələrin sayı artdı

İraqda Təl-Əfərdə Həşd əl-Şəbi qərargahına hava hücumu nəticəsində ölənlərin sayı 80-i keçib

Gunaz.tv

Bu barədə İraqın Neynəva əyalət polisi məlumat yayıb.

Məlumata görə, Təl-Əfər bölgəsindəki Həşd əl-Şəbi qüvvələrinin qərargahının hava hücumuna məruz qaldığını təsdiqləyib. Hücum 1 aprel axşamı İraqın qərbində baş verib.

İraq təhlükəsizlik mənbəyi həmçinin hazırkı müharibənin əvvəlindən bəri Həşd əl-Şəbidə ölənlərin sayının 80-dən çox, yaralananların sayının isə təxminən 200 yaraqlı olduğunu açıqlayıb.

İraq təhlükəsizlik mənbələri İslam Respublikası ilə əlaqəli qüvvələrin faktiki itkilərinin daha çox ola biləcəyini və araşdırmaların davam etdiyini bildirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar