SON XƏBƏRLƏR

Yanvar etirazlarına görə daha bir məhbus edam edildi

2026.04.02, 13:39
Yanvar etirazlarına görə daha bir məhbus edam edildi

Bu ilin yanvar ayında başlayan etiraz aksiyaları zamanı saxlanılan Əmir Hüseyn Hatəmi bu gün səhər saatlarında edam edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Hakimiyyəti məlumat yayıb.

Təhlükəsizlik orqanları Əmir Hüseyn Hatəmi Tehrandakı hərbi obyektə digər şəxslərlə birlikdə girməkdə və onun dağıdılmasında və ayandırılmasında iştirak etməkdə ittiham edib. 

Rəsmi iddiaya görə, Ə.H.Hatəmi silah və sursat əldə etmək məqsədi ilə bu hərəkətə əl atıb.

İnsan haqları təşkilatları bildirirlər ki, edamların icrası cəmiyyətdə qorxu və dəhşət yaratmaq məqsədi ilə həyata keçirilir. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar