SON XƏBƏRLƏR

Xuzistanda amerikalı pilota görə silahlı qarşıdurma olub

2026.04.04, 13:03
Xuzistanda amerikalı pilota görə silahlı qarşıdurma olub

İranın Xuzistan əyalətində itkin düşən amerikalı pilota görə silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, qarşıdurma pilotu əsir götürmək üçün axtarış aparan SEPAH-a bağlı "Bəsic" üzvləri ilə onu xilas etmək üçün axtarış aparan yerli silahlı qruplaşma arasında baş verib.

Ötən gecə baş verən qarşıdurmadan sonra "Bəsic" üzvlərinin hadisə yerindən qaçdıqları bildirilib.

İnsan tələfatı barədə məlumat verilməyib.

Qeyd edək ki, aprelin 2-də İran hava məkanında ABŞ-a məxsus F-15 tipli döyüş təyyarəsi vurulub.

Pilotun biri ABŞ qüvvələri tərəfindən xilas edilsə də, ikinci pilotun axtarışları davam etdirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar