SON XƏBƏRLƏR

Sülh təklifinə görə Zərifə hücumlar başladı

2026.04.04, 14:06
Sülh təklifinə görə Zərifə hücumlar başladı

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin ötən gün İran hakimiyyətinə müharibəni dayandırmağı təklif etməsi ona qarşı tənqidləri artırıb. 

Gunaz.tv

Xüsusilə ultrakonservatorlar Zərifi ölkənin milli maraqlarına xidmət etməməkdə suçlayıblar. Əli Xameneinin tərəfdarlarından sayılan Səid Həddadian Zərifi “casus” adlandırıb və ona “Foreign Affairs”də dərc olunan məqaləsində “səhv etmişəm” deməsi üçün üç gün verdiyini deyib.

Əli Xamenei tərəfindən “Kayhan” qəzetinə baş redaktor təyin edilmiş Hüseyn Şəriətmədari isə Zərifin təklifini “İran düşmənlərinin təslimçilik təlimatı” adlandırıb. O həmçinin məhkəmə hakimiyyətini müdaxiləyə çağırıb.

Konservativ olan keçmiş deputat Əli Mütəhhari isə hazırda müharibənin bitmə vaxtı olmadığını deyib: “Laricani də müharibənin ortasında diplomatiyaya üstünlük verirdi”.

Zərif ötən gün “Foreign Affairs” jurnalındakı məqaləsində İranın qələbəsini elan edib, razılaşma əldə etməyə çağırıb. O, İranın nüvə qabliyyətini limitləməyi, əvəzində ABŞ-dən bütün sanksiyaların ləğvinə nail olmağı əldə etməyə çağırıb.

Qeyd edək ki, Həsən Ruhani hökumətində təmsil olunmuş Zərif altılıq ölkələri ilə aparılan nüvə danışıqlarının əsas aparıcı qüvvəsi olub. Məhz onun XİN rəhbəri olduğu dönəmdə tərəflər Vyana sazişini imzalayıblar. Prezident Trampın birinci hakimiyyəti dönəmində isə ABŞ bu razılaşmadan çıxıb. Zərif Məsud Pezeşkian hakimiyyətində də təmsil olunsa da sonradan edilən təzyiqlərdən sonra o vəzifəsindən uzaqlaşıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar