SON XƏBƏRLƏR

Əhvazda bir gənc işgəncə altında öldürülüb

2026.04.05, 10:55
Əhvazda bir gənc işgəncə altında öldürülüb

Gunaz.tv

28 yaşlı Əhvazlı ərəb gənc SEPAH-ın saxlanma mərkəzində işgəncə altında həyatını itirdi.

İnsan hüquqları mənbələri Əhvazda SEPAH kəşfiyyatının saxlanma mərkəzində 28 yaşlı ərəb gəncin həyatını itirdiyini bildirib.

Gunaz TV-nin məlumatına görə, Hüseyn Qavi (Silavi) adlı bu gənc Əhvazın Zərqan bölgəsində yaşayırdı və mart ayının son günlərində saxlanıldıqdan sonra müəmmalı şəraitdə həyatını itirib.

Məlumatlara əsasən, Hüseyn Qavi ayağında əlilliyi olan bir şəxs idi və çay köşkü işlədərək dolanışığını təmin edirdi. O, bombardman olunmuş ərazilərin görüntülərini çəkərək xarici mediaya göndərmək ittihamı ilə saxlanılmışdı.

Yerli mənbələr bildirir ki, SEPAH kəşfiyyatına bağlı qüvvələr onun ailəsi ilə əlaqə saxlayaraq ölüm xəbərini veriblər.

Bəzi məlumatlarda isə qeyd olunur ki, bu gənc saxlanma müddətində işgəncə nəticəsində həyatını itirib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar