SON XƏBƏRLƏR

Tehranın gizli planı üzə çıxdı | Küçələrdə yeni qüvvə

2026.04.05, 15:22
Tehranın gizli planı üzə çıxdı | Küçələrdə yeni qüvvə

Tehranın küçələrində “Fatemiyun”un geniş yerləşdirilməsi diqqət çəkir!

Gunaz.tv

Yayılan görüntülər Tehranın müxtəlif ərazilərində “Fatemiyun” qüvvələrinin geniş şəkildə sahədə olduğunu göstərir.

“Fatemiyun” briqadası “Qüds” qüvvələrinə bağlı yarı-hərbi birlikdir və əsasən Əfqanıstan şiələrindən təşkil olunub. Bu qüvvələrin paytaxt küçələrinə çıxarılması Tehranın gərgin və həssas günlər yaşadığı bir vaxta təsadüf edir.

“Fatemiyun” son illərdə İran rejiminin istifadə etdiyi əsas proxy qüvvələrdən biri sayılır və xüsusilə Suriya müharibəsində fəal şəkildə istifadə olunub.

Müşahidəçilər bildirir ki, bu qüvvələrin şəhərin əsas küçə və yollarında yerləşdirilməsi hakimiyyətin təhlükəsizlik qatlarını gücləndirmək və mümkün etirazların qarşısını almağa hazırlaşmaq niyyətindən xəbər verə bilər. Bu isə İranın eyni vaxtda həm xarici təzyiqlər, həm də daxili böhranlarla üzləşdiyi bir dövrdə baş verir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar