SON XƏBƏRLƏR

Əli Xaməneinin 40 mərasimi keçiriləcək

2026.04.06, 15:03
Əli Xaməneinin 40 mərasimi keçiriləcək

Aprelin 8,9 və 10-da İranın əksər bölgələrində İranın keçmiş rəhbəri Əli Xaməneinin ölümü ilə bağlı yas mərasimləri keçiriləcək.

Gunaz.tv

Bu barədə İran İslami Təbliğat Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, şəhər meydanlarında matəm və sinə döymə mərasimləri keçiriləcək, ardınca matəm qrupları Tehranda Xaməneinin dağıdılmış iqamətgahına doğru yürüşü keçirəcək.

Əli Xamənei, bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində ölüb.

Onun dəfn olunacağı ilə bağlı mərasimin keçirilməsi planlaşdırılsa da, bu sonradan ləğv edilib və onun bu günə kimi dəfn edilib-edilmədiyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar