SON XƏBƏRLƏR

Təhlükəli çağırış gündəmdə | Uşaqlar hədəfdə (video)

2026.04.07, 05:42
Təhlükəli çağırış gündəmdə | Uşaqlar hədəfdə (video)

Ailələrə uşaqları yoxlama məntəqələrinə göndərmək çağırışı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Hüseyn Yekta, Əmmar qərargahının mərkəzi şurasının üzvü, Əli Xamenei-yə yaxın fiqurlardan biridir və dövlət televiziyası proqramında səsləndirdiyi fikirlər geniş reaksiyalara səbəb olub və uşaqların həssas təhlükəsizlik nöqtələrində istifadə olunması ilə bağlı narahatlıqları artırıb.

Hüseyn Yekta bu proqramda ailələrə müraciətlə deyib: «Analar, atalar, uşaqlarınızı yoxlama məntəqələrinə göndərin ki, kişi olsunlar.»

Bu açıqlamalar İsrailin İranda hərbi hədəflərə hava hücumlarının artdığı bir vaxtda səsləndirilib və yoxlama məntəqələri – o cümlədən SEPAH və bəsicə aid məntəqələr – rəsmi şəkildə hədəf siyahısına daxil edilən yerlər sırasındadır.

Tənqidçilər bu sözləri uşaqların təhlükəli mühitlərdə iştirakına dolayı təşviq və onların “canlı sipər” kimi istifadə olunması kimi qiymətləndiriblər. Sosial şəbəkələrdə də istifadəçilər bu cür addımları “məsuliyyətsiz” və uşaqların həyatını təhlükə altına atan yanaşma kimi dəyərləndiriblər.

Bu arada Hüseyn Yekta daha əvvəl də oxşar mübahisəli açıqlamalar verərək ailələrə xəbərdarlıq etmişdi ki, övladları bu cür vəziyyətlərdə iştirak edərsə, nəticələrindən şikayət etməsinlər.

Eyni zamanda bəzi məlumatlara görə, son proqramlarda dövlət televiziyasında təhlükəsizlik strukturlarına yaxın şəxslər “xalq müqaviməti” çərçivəsində insanları yoxlama məntəqələri və həssas obyektlərdə iştirak etməyə çağırıblar.

Belə bir şəraitdə uşaqların təhlükəsizliyi və onların bu nöqtələrdə iştirakının mümkün nəticələri ilə bağlı narahatlıqlar ictimai müzakirənin əsas mövzularından birinə çevrilib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar