SON XƏBƏRLƏR

Pakistan Səudiyyə Ərəbistanının yanında olacaq

2026.04.07, 20:42
Pakistan Səudiyyə Ərəbistanının yanında olacaq

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Pakistanlı bir rəsmi bildirib ki, müharibənin genişlənəcəyi təqdirdə, İslamabad müdafiə sazişinə əsasən Səudiyyə Ərəbistanının yanında dayanacaq.

Bu mövqe İranın təcrid vəziyyətində olduğu və eyni zamanda regional və beynəlxalq təzyiqlərin artdığı, strateji seçimlərinin daraldığı bir vaxtda səsləndirilib.

Reuters xəbər agentliyi Pakistan mənbələrinə istinadən bildirib ki, İran hələ də öz ilkin şərtlərində israr edir və Tehranla təmaslar davam edir.

Bu mənbələr əlavə ediblər ki, ABŞ ilə İranı danışıqlar masasına gətirmək cəhdləri davam edir; bu isə diplomatik prosesdə dalana dirənməni və Tehrana təzyiqlərin artdığını göstərir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar