SON XƏBƏRLƏR

Tramp İranın 10 bəndlik təklifini zibil qutusuna atdı- Vens

2026.04.09, 11:59
Tramp İranın 10 bəndlik təklifini zibil qutusuna atdı- Vens

İranlılar əvvəlcə tamamilə qəbuledilməz olan 10 bəndlik plan təklif etdilər. Prezident Tramp və komandası onu zibil qutusuna atdı!

Gunaz.tv

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

O bildirib ki, "bir çox media orqanı səhvən bu planın ABŞ üçün məqbul olduğunu bildirdi ki, ancaq bu iddialar doğru deyil!".

Vensin sözlərinə görə, İran daha sonra əvvəlkindən fərqli olan yeni, daha məntiqli və qısa bir plan təklif edib:

"Prezident və komandası bu yenidən işlənmiş versiyanın ABŞ-ın özünün 15 bəndlik təklifi ilə yanaşı, danışıqlar üçün işlək əsas ola biləcəyini qəbul etdilər".

O, İranın uranın zənginləşdirməsi məsələsini və Tehranın əlində olan zənginləşdirilmiş uranın taleini Prezident Donald Trampın qırmızı xəti olduğunu söyləyib:

"Xüsusən də İran daxilində uranın zənginləşdirilməsinin dayandırılması prosesi dəyişməyib. Trampın İranın tələblər siyahısını razılaşma kimi qəbul etməsi tamamilə gülüncdür!!".

Vens, İsrailin Livanın cənubunda Hizbullah bazalarına zərbələrinin atəşkəs razlığına təsiri barədə də danışıb və bu iki məsələni bir-biri ilə əlaqələndirməsini axmaq yanaşma adlandırıb:

"Əgər İran Livan danışıqları ilə heç bir əlaqəsi olmayan bu danışıqların (sülh danışıqları- red) pozulmasına yol vermək istəyirsə, bu, onların seçimidir. Biz bunun axmaqcasına olduğunu düşünürük, ancaq bu, onların seçimidir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar