SON XƏBƏRLƏR

Azərbaycanın üç əyalətində daha 71 nəfər həbs edildi

2026.04.09, 15:03
Azərbaycanın üç əyalətində daha 71 nəfər həbs edildi

ABŞ, İran və İsrail müharibəsi ilə əlaqədar Qərbi Azərbaycan, Ərdəbil və Qəzvin əyalətlərində daha 71 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, 36 nəfər Ərdəbildə, 14 nəfər Qərbi Azərbaycanda və 21 nəfər isə Qəzvin əyalətində saxlanılıb.

"Onlar hökumətə müxalif qruplarla əlaqədə", "hava hücumu edilən yerlərin və insanların həbs olunduğu anların görüntülərini xaricdəki media qurumlarına göndərməkdə" ittiham olunublar.

Bununla yanaşı saxlanılanlar "həssas hərbi və mülki mərkəzlərin foto və video çəkərək düşmən şəbəkələrinə göndərilməsi üçün əvvəlcədən planlaşdırmış fəaliyyət"də günahlandırılıblar.

Həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar