SON XƏBƏRLƏR

İran polisi daha 3 bəlucu öldürdü

2026.04.10, 11:43
İran polisi daha 3 bəlucu öldürdü

İran polisi Sistan və Bəlucistan əyalətinin Dəştyari rayonunun Seyyid Həmzə kəndi yaxınlığında minik avtomobilinə atəş açıb.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqları Sənədləşmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, əvvəlcədən xəbərdarlıq edilmədən açılan atəş nəticəsində 24 yaşlı Bilal Hut, 27 yaşlı Əbubəkr Pirastə və 29 yaşlı Sənaullah Pirastə yerindəcə həlak olub.

Rəsmi dövlət qurumları məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.

Bəlucistan İnsan Hüquqları Sənədləşmə Şəbəkəsinin 2025-ci il üzrə illik hesabatına görə, atəş və ya mina partlayışları nəticəsində ən azı 150 bəluc həlak olub və ya yaralanıb, onlardan ən azı 89-u ölüb, 61-i yaralanıb. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar