SON XƏBƏRLƏR

Yeni dəniz gücü Türkiyədə

2026.04.10, 20:15
Yeni dəniz gücü Türkiyədə

Türkiyə və İtaliya hibrid texnologiyalı qabaqcıl qayıqlar istehsal edəcək.

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Türkiyə və İtaliya hibrid texnologiyaya malik qabaqcıl dəniz qayıqlarının istehsalı üçün birgə layihəyə start verib; bu qayıqlar yeni gövdə texnologiyası sayəsində zərbənin təsirini 95 faizə qədər azalda bilir.

Türkiyə mediasının yaydığı məlumatlara əsasən, layihə çərçivəsində İtaliyada yerləşən Piloda müdafiə şirkəti istehsal və sistemlərin inteqrasiyası mərkəzi kimi fəaliyyət göstərəcək. Türkiyənin Havelsan şirkəti isə komanda-idarəetmə sistemlərinin hazırlanması, avtomatik idarəetmə və sensor məlumatlarının inteqrasiyasına cavabdeh olacaq. V.N Maritime şirkəti isə dəniz platformasının dizaynını və qabaqcıl gövdə texnologiyasının inkişafını həyata keçirəcək.

Layihəyə əsasən, bu qayıqlar həm ekipajlı, həm ekipajsız, həm də hibrid formada istifadə oluna biləcək və dəniz nəzarəti, qrup əməliyyatları, patrul xidməti, axtarış-xilasetmə, qüvvə və texnika daşınması, eləcə də dəniz müdaxiləsi kimi müxtəlif missiyalarda tətbiq ediləcək.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar