SON XƏBƏRLƏR

Müctəba Xamənei üz və ayağından yaralıdır və müalicə olunur - Media

2026.04.11, 11:23
Müctəba Xamənei üz və ayağından yaralıdır və müalicə olunur - Media

İranın yeni rəhbəri Müctəba Xamənei üz və ayağından ağır xəsarətlər aləb və hələ də müalicə olunur.

Gunaz.tv

Bu barədə "Reuters" İrandakı üç mənbəyə istinadla məlumat yayıb.

"Hava zərbələri zamanı Müctəba Xaməneinin üzü eybəcər hala düşüb, onun ayağı da ağır yaralanıb",- məlumatda bildirilib.

Adı açıqlanmayan məbələr yeni rəhbərin ağır vəziyyətdə olmasına baxmayaraq, onun əqli cəhətdən ayıq və sağlam olduğunu iddia ediblər.

İki mənbənin iddiasına görə, "Xamənei yüksək vəzifəli şəxslərin görüşlərində audio konfrans vasitəsilə iştirak edir, müharibə və Vaşinqtonla danışıqlar da daxil olmaqla, vacib məsələlər üzrə qərar qəbuletmədə rol oynayır".

"Reuters" bu məlumatların Xaməneinin son həftələrdəki fiziki vəziyyətinin ən ətraflı təsvir olduğunu yazsa da, bu mənbələrin iddialarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar