SON XƏBƏRLƏR

“Keçmək istəyirsən? Ödə!” – Hörmüzda yeni qayda

2026.04.14, 17:09
“Keçmək istəyirsən? Ödə!” – Hörmüzda yeni qayda

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, enerji məlumatları üzrə ixtisaslaşmış “Kepler” saytı xəbər verib ki, İran Hörmüz boğazında gəmilərin hərəkətinə nəzarət üçün daha sərt çərçivə formalaşdırır; bu addım dünya enerji marşrutlarına təzyiq və xərac mexanizminə çevrilə bilər.

Məlumata əsasən, Larak adası bu prosesin inzibati və icra mərkəzi kimi müəyyən edilib və gəmilər keçid icazəsi almadan əvvəl tam məlumat, o cümlədən “gəminin texniki xüsusiyyətləri” sənədlərini təqdim etməlidirlər; müşahidəçilərin fikrincə, bu, İran hakimiyyətinin dəniz hərəkəti üzərində birbaşa nəzarətini artırır.

“Kepler” həmçinin bildirib ki, maye yüklər üçün “hər barelə bir dollar” məbləğində ödəniş müəyyən edilib və bu məbləğin Ərəb körfəzindən çıxış zamanı “kripto valyuta” ilə ödənildiyi qeyd olunur; bu üsulun sanksiyalardan yayınmaq və qeyri-şəffaf gəlirləri artırmaq üçün istifadə oluna biləcəyi vurğulanır.

Bu proses təkcə ödənişlə məhdudlaşmır, həm də “bələdçi”nin gəmiyə çıxması və yükün yoluna davam etməzdən əvvəl yoxlanmasını əhatə edir; ekspertlərin fikrincə, bu addım təhlükəsizlikdən daha çox İranın ən mühüm enerji keçidlərindən biri üzərində nəzarətini gücləndirmək cəhdidir.

 

GünazTV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar