SON XƏBƏRLƏR

İsrail Livanda atəşkəs iddiasını rədd etdi

2026.04.15, 19:25
İsrail Livanda atəşkəs iddiasını rədd etdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin yüksək vəzifəli rəsmisi İranın çərşənbə gecəsindən etibarən Livanda atəşkəsin başladığı barədə iddiasını rədd edərək bildirib: “Livanda heç bir atəşkəs yoxdur.”

O, “The Times of Israel” qəzetinə müsahibəsində vurğulayıb: “Livan və İsrailin ortaq marağı Hizbullahın silahsızlaşdırılmasıdır.”

Eyni zamanda, İsrailin digər yüksək vəzifəli rəsmisi açıqlayıb ki, ölkənin təhlükəsizlik kabineti çərşənbə gecəsi Livanda mümkün atəşkəs ehtimalını müzakirə etmək üçün toplaşacaq.

Bu açıqlamalar İranın regiondakı gərginlik fonunda Livanla bağlı hadisələr barədə öz narrativini formalaşdırmağa çalışdığı bir vaxtda səsləndirilir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar