SON XƏBƏRLƏR

İstifadəçilər: Şəhərlərdə ağır silahlı texnikalar yerləşdirilib

2026.04.19, 00:38
İstifadəçilər: Şəhərlərdə ağır silahlı texnikalar yerləşdirilib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, daxili və regional gərginliyin artdığı bir vaxtda sosial şəbəkələrdə yayılan məlumatlar Tehran və İranın bir sıra şəhərlərində təhlükəsizlik mühitinin sərtləşdiyini göstərir.

Bu məlumatlara əsasən, son günlərdə Tehranda çoxsaylı “Toyota Hilux” tipli, ağır silahlarla təchiz olunmuş avtomobillər şəhərin müxtəlif nöqtələrində yerləşdirilib və istifadəçilərin sözlərinə görə, şəhərin görünüşü “Rəqqa və Mosulda İŞİD dövrünü xatırladır.”

İstifadəçilər bildirirlər ki, xüsusi təyinatlı qüvvələr parklar, məktəblər və məscidlər daxil olmaqla müxtəlif ərazilərdə yerləşdirilib, eyni zamanda nəzarət-buraxılış məntəqələrinin sayı artırılıb, lakin bəzi hallarda daha az canlı qüvvə ilə idarə olunur.

Məlumatlarda həmçinin qeyd olunur ki, şəhərin bir çox əsas kəsişmələrində təhlükəsizlik qüvvələri yerləşdirilib və magistral yolların alt keçidlərində də nəzarət postları qurulub.

Digər paylaşımlarda isə Təcriş, Niyavəran, Parkvey, Cordan və Pul Modiriyyət kimi ərazilərdə silahlı qüvvələrin yerləşdirildiyi və ağır silahlı texnikaların müşahidə edildiyi bildirilir.

Eyni zamanda Təbriz, Məşhəd, Şiraz, Sari və müxtəlif şəhərlərarası yollarla bağlı yayılan məlumatlar da nəzarət məntəqələrinin artdığını və SEPAH ilə xüsusi təyinatlı qüvvələrin bölgələrdə yerləşdirildiyini göstərir.


Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar