SON XƏBƏRLƏR

İsrailin üç qurumu: Sepahla əlaqəli şəbəkə Azərbaycan neft kəmərinə hücum planı ilə saxlanıldı

2026.04.20, 23:35
İsrailin üç qurumu: Sepahla əlaqəli şəbəkə Azərbaycan neft kəmərinə hücum planı ilə saxlanıldı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İsrailin üç təhlükəsizlik və hərbi qurumu birgə bəyanatda bildirib ki, İranla əlaqəli əməliyyat hüceyrəsi Azərbaycanda aşkar edilərək saxlanılıb və bu qrupun ölkədə strateji neft kəmərinə hücum planlaşdırdığı iddia olunur.

Bu bəyanata əsasən, 20 aprel tarixində yayılan məlumatda qeyd olunur ki, həmin şəbəkə Azərbaycanda yəhudi və İsrail obyektlərinə, o cümlədən İsrail səfirliyinə və Bakıda sinaqoqa qarşı da hücumlar planlaşdırıb.

“Yedioth Ahronoth”un xəbərinə görə, Mossad, Israel Defense Forces və Shin Bet bu iş üzrə şübhəlilərin saxlanıldığını açıqlayıb.

Bəyanatda iddia olunur ki, bu əməliyyat Sepahın xarici əməliyyat bölməsi olan “Qüds qüvvələri” tərəfindən idarə edilib və onun regional fəaliyyətlərinin bir hissəsi olub.

Bu üç qurum həmçinin bildiriblər ki, saxlanılan əməliyyat hüceyrəsinə Sepah kəşfiyyatının xüsusi əməliyyatlar bölməsinin rəhbəri Rahman Moqaddam başçılıq edib.

İsrail tərəfi iddia edir ki, Rahman Moqaddam ötən ay son müharibə zamanı İsrailin hava zərbələrindən birində öldürülüb.

Yayılan məlumatlara görə, əsas hədəf Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək İsrailə neft nəql edən “Bakı–Tbilisi–Ceyhan” neft kəməri olub.

Həmçinin bildirilir ki, bu şəbəkə partlayıcı yüklü pilotsuz aparatların və partlayıcı maddələrin qaçaqmal yolu ilə ölkəyə gətirilməsi ilə hücumu həyata keçirməyi planlaşdırıb və bundan əvvəl hədəflərlə bağlı müşahidə və məlumat toplama aparıb.

Bu iddialar Azərbaycan tərəfinin mart ayında İranla əlaqəli terror planlarının, o cümlədən eyni kəmərə və yəhudi obyektlərinə hücum planlarının qarşısının alındığını açıqlamasından sonra səsləndirilir.

 

Günaz TV
R.G

 

İranın Azərbaycanda planlaşdırdığı terror cəhdinin qarşısı alınıb

2026.03.06, 21:48

İranın Azərbaycanda planlaşdırdığı terror cəhdinin qarşısı alınıb

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar