SON XƏBƏRLƏR

Zəncanda İsrailə  görə daha bir nəfər həbs edilib

2026.04.21, 09:29
Zəncanda İsrailə  görə daha bir nəfər həbs edilib

Zəncan şəhərində daha bir nəfər “İsrailə casusluq" ittihamına görə həbs edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

O, "İsraillə əməkdaşlıqda, hərbi obyektlər, infrastruktur və tədqiqat şirkətinin bəzi hərbi qulluqçularının və mühəndislərinin kimlikləri haqqında məlumat göndərmək”də günahlandırılıb.

Bununla yanaşı saxlanılan şəxsə qarşı "hökumət əleyhinə şüarlar yazmaq" və "İranın keçmiş liderinin şəklini yandırmaq” ittihamları irəli sürülüb.

İran televizyasında həmin şəxsin məcburi etiraf videosu yayılsa da, onun kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar