SON XƏBƏRLƏR

Tehran gəminin saxlanılmasını “dəniz quldurluğu” adlandırdı

2026.04.21, 23:51
Tehran gəminin saxlanılmasını “dəniz quldurluğu” adlandırdı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələri tərəfindən Ərəb dənizində İran bayraqlı konteyner gəmisinin saxlanılmasını “dəniz quldurluğu” və “atəşkəsin pozulması” kimi qiymətləndirib.

Nazirliyin rəsmi bəyanatında bildirilib ki, bu addım “iki həftəlik atəşkəsin pozulmasıdır” və Tehran “gəmi və onun heyətinin dərhal azad edilməsini” tələb edir.

Bu hadisə fonunda ABŞ rəsmiləri dəniz blokadasının “uğurlu” olduğunu və strateji marşrutlara nəzarəti təmin etdiklərini bildirirlər; bu isə tərəflər arasında dərin fikir ayrılığını və birbaşa toqquşma riskinin artdığını göstərir.

Ekspertlər hesab edirlər ki, bu prosesin davam etməsi kövrək atəşkəsin sürətlə tam dağılmasına gətirib çıxara bilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar