SON XƏBƏRLƏR

İranın Atom Enerjisi Təşkilatının keçmiş əməkdaşı edam edildi

2026.04.22, 10:01
İranın Atom Enerjisi Təşkilatının keçmiş əməkdaşı edam edildi

Bu gün səhər saatlarında Mehdi Fərid adlı məhbus İsrailə casusluq ittihamına görə edam edilib.

Gunaz.tv

Bu barədə İran məhkəmə sisteminə bağlı "Mizan" saytı məlumat yayıb.

İranın Atom Enerjisi Təşkilatının keçmiş əməkdaşı olan Mehdi Fərid 2022-ci ilin qışında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

O, əvvəlcə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 10 il həbs cəzasına məhkum edilsə də, bie müddət sonra İnqilab Məhkəməsinin 23-cü bölməsində başqa bir məhkəmə prosesindən sonra "İsrailə casusluq" ittihamına görə edam cəzasına məhkum edilmişdi.

"Mizan" saytının məlumatına görə, bu hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar