SON XƏBƏRLƏR

Atəşkəs üçün geri sayım başladı: Tramp İrana məhdud vaxt verdi

2026.04.22, 21:06
Atəşkəs üçün geri sayım başladı: Tramp İrana məhdud vaxt verdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ mediasının yayımladığı xəbərlər Donald Trampın İranla atəşkəsin davamı üçün qısa və məhdud müddət müəyyən etdiyini göstərir.

Fox News kanalı Ağ Ev rəsmisinə istinadən bildirib: “İranla atəşkəs uzadıldıqdan sonra yalnız üç-beş gün davam edəcək.”

Bu atəşkəsin çərşənbə günü səhər erkən saatlarda başa çatması planlaşdırılırdı; lakin Tramp çərşənbə axşamı axşam bildirib ki, administrasiyası İrana əlavə vaxt verəcək ki, İran rəsmiləri danışıqların davamı üçün “vahid təklif” təqdim edə bilsinlər.

Digər tərəfdən, iki məlumatlı mənbə CNN-ə bildirib ki, ABŞ prezidenti İrana vahid təklif irəli sürməsi üçün məhdud zaman aralığı verməyi planlaşdırır.

Bu mənbələr vurğulayıb ki, ABŞ hökuməti atəşkəsi qeyri-məhdud şəkildə uzatmaq istəmir və İrana danışıqları uzatmaq üçün əlavə imkan verməyə meylli deyil.

Mənbələrin sözlərinə görə, Tramp çərşənbə üçün müəyyən edilmiş müddətdən kənara çıxan uzadılmaya ehtiyatla yanaşır və mümkün qədər tez yekun razılaşmaya nail olmağa çalışır.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar