SON XƏBƏRLƏR

Qalibaf istefa verib?

2026.04.24, 09:30
Qalibaf istefa verib?

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra istefa verib.

Gunaz.tv

Bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.

Məlumata görə, o, danışıqlar qrupunu tərk edib.

Xəbərin yayılmasından qısa müddət sonra, bəzi İran saytları Qalibafa yaxın mənbələrə istinadən xəbəri təkzib ediblər.

Onlar, yayılan məlumatı "düşmənlərin aldatma əməliyyatı" adlandırıblar.

Bəzi media qurumları isə Qalibafın istefa xəbərinin onunla SEPAH komandirləri arasında ixtilafların nəticəsi olduğunu bildiriblər.

Onların iddiasına görə, parlament başçısı danışıqlarda səlahiyyətlərinin məhdudluğu və SEPAH komandirlərinin ABŞ ilə danışıqlarda razılaşma əldə etməyə mane olmalarından narazıdır.
 
Qeyd edək ki, Məhəmməd Bağır Qalibaf İranın danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik edirdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar