SON XƏBƏRLƏR

İranda daha iki etirazçıya ağır cəza verildi

2026.04.24, 11:16
İranda daha iki etirazçıya ağır cəza verildi

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi yanvar etirazlarında həbs edilən Məhəmməd Abbasi və onun 34 yaşlı qızı Fatimə Abbasi barədə ağır cəza hökmü verib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Məhəmməd Abbasi "hökumət məmurunu öldürməkdə iştirak etmək" və "xarici ümsürlərlə əlaqə" ittihamı ilə edam cəzasına, Fatimə Abbasi isə "xarici ümsürlərlə əlaqə" ittihamına görə 25 il həbs cəzasına məhkum edilib.

İran İnsan haqları Təşkilatı bir neçə dəqiqə çəkən məhkəmə iclasında müttəhimlərin vəkillə təmin olunmadığını və onlardan işgəncə altında etiraf alındığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar