SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının neft yataqlarını hədəf alacayıq- Pezeşkianın müavini

2026.04.24, 14:00
Səudiyyə Ərəbistanının neft yataqlarını hədəf alacayıq- Pezeşkianın müavini

ABŞ və İsrail İranın neft quyularımıza hücum etsələr, Səudiyyə Ərəbistanının neft yataqları hədəfə alınacaq.

Gunaz.tv

Bunu Məsud Pezeşkianın köməkçisi və İranın Strateji Enerji Optimallaşdırması və İdarəetməsi Təşkilatının rəhbəri İsmayıl Səqqab İsfahani deyib.

"Hədəf bankımız aydındır. Planımızın minimumu "gözə göz", maksimumu isə "gözə baş" qısasına əsaslanır",- o bildirib.

Bundan əvvəl isə, SEPAH-ın aerokosmik komandanı Seyyid Hüseyn (Məcid) Musəvi oxşar xəbərdarlıq etmişdi:

"Cənub qonşuları düşmənin İrana hücum etmək üçün öz obyektlərindən istifadə etməsinə icazə verərsə, Yaxın Şərqdə neft hasilatına əlvida deməli olacaqlar".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar