SON XƏBƏRLƏR

Parsabadda hökumət işçiləri həbs edilib

2026.04.25, 11:46
Parsabadda hökumət işçiləri həbs edilib

Ərdəbil əyalətinin Parsabad şəhərində dörd hökumət işçisi həbs edilib.

Gunaz.tv

Bu barədə şəhərin polis rəisi polkovnik Firuz Mahmudi məlumat yayıb.

"Polisin kəşfiyyat bölməsinin həyata keçirdiyi əməliyyat nəticəsində korrupsiya ilə məşöul olan dörd hökumət işçisinin kimliyi müəyyən edilərək saxlanılıblar",- o bildirib.

Mahmudinin sözlərinə görə, kimliyi açıqlanmaya şəxslər rüşvət aldıqlarını etiraf ediblər.

Polis rəsisi onların qanuni prosedurlardan keçmək üçün məhkəmə orqanlarına təhvil verildiyini söyləyib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına görə, 2025-ci ildə ölkələrin Korrupsiya İndeksi reytinqinin nəticələrinə əsasən İran 182 ölkə arasında 153-cü yerdə qərarlaşıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar