SON XƏBƏRLƏR

İran parlamentinin nümayəndəsindən qonşu ölkələrə “dağıntı, köç və qaçqınlıq” təhdidi

2026.04.25, 14:51
İran parlamentinin nümayəndəsindən qonşu ölkələrə “dağıntı, köç və qaçqınlıq” təhdidi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Mahmud Nəboviyan, İran parlamentinin nümayəndəsi, “X” sosial şəbəkəsində paylaşdığı mesajda regiondakı son proseslərə reaksiya verərək, qonşu ölkələrə qarşı sərt və təhdidedici mövqe sərgiləyib.

O, paylaşımında yazıb: “Regional hərəkətlər ABŞ-ın yeni bir ağılsızlığını göstərir.”

Nəboviyan davamında region ölkələrinin rəhbərlərinə birbaşa müraciət edərək bildirib: “Region ölkələrinin rəhbərləri bilsinlər ki, bu dəfə İranın sarsıdıcı cavabı regionun neft istehsalının tam dayanmasına, bütün infrastrukturun məhvinə, insanların köçkün və qaçqın vəziyyətinə düşməsinə səbəb olacaq.”

Bu açıqlamalar İran ilə ABŞ arasında gərginliyin yenidən artdığı bir vaxtda səsləndirilib və rəsmi Tehran son günlər mümkün hərbi addımlara “qəti cavab” veriləcəyini dəfələrlə vurğulayıb.

Regionun infrastrukturunun məhv edilməsi və geniş humanitar böhranla bağlı açıq təhdidlər, İran hakimiyyətinin bölgədə gərginliyi artıran siyasətinin davam etdiyini göstərir və bu yanaşma bölgədə sabitliyin daha da pozulacağı ilə bağlı narahatlıqları gücləndirir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar