SON XƏBƏRLƏR

Əli Laricanidən yalnız bir əl dəfn olundu

2026.04.25, 15:29
Əli Laricanidən yalnız bir əl dəfn olundu

İsrailin nöqtə zərbəsi o qədər dəqiq olub ki, Əli Laricanidən yalnız bir əl qalıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Məhəmməd Cavad Laricani qardaşının necə öldürüldüyü barədə son açıqlamaları geniş reaksiyalara səbəb olub.

Məhəmməd Cavad Laricani qardaşının ölümü ilə bağlı deyib: “Qardaşımın nə başı var idi, nə də bədəni, yalnız bir əli var idi.”

Əli Laricani, İranın keçmiş Ali Milli Təhlükəsizlik Şurasının katibi, 17 Mart səhər saatlarında İsrailin ağır bombardmanı zamanı oğlu Mürtəza və aparat rəhbəri Əlirza Bəyatla birlikdə öldürülüb.

O, İranın siyasi strukturunda əsas və təsirli fiqurlardan biri olub və “rejimin bir çox siyasətlərinin beyni” kimi tanınırdı.

Həmçinin bu şəxs, xüsusilə Güney Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətlərinin tətbiqi və basqıların həyata keçirilməsində uzunmüddətli fəaliyyətə malik olub və hakimiyyət daxilində bu yanaşmanın əsas memarlarından sayılırdı.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar