SON XƏBƏRLƏR

İranşəhrdə silahlı qarşıdurma - Ölənlər var

2026.04.30, 10:39
İranşəhrdə silahlı qarşıdurma - Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr rayonunun Damən bölgəsində iki etnik bəluc öldürülüb.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, hökumət qüvvələri iki sərnişinin olduğu avtomobilə xəbərdarlıq etmədən atəş açıblar.

Hökumət mediası hadisənin silahlı qarşıdurma olduğunu yazıb.

Öldürülən şəxslərin kimliyi barədə məlumat verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar