SON XƏBƏRLƏR

İqtisadi vəziyyət böhran həddininə çatıb- Din xadimi

2026.05.02, 13:29
İqtisadi vəziyyət böhran həddininə çatıb- Din xadimi

Ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşıb və böhran həddinə çatıb.

Gunaz.tv

Bunu Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin Məkki məscidinin cümə imamı, sünni məzhəbli din xadimi Moləvi Əbdülhəmid deyib.

"İnflyasiya, bahalıq və işsizlik vətəndaşların məişət problemlərinin artmasına səbəb olub, bu təhlükəlidir",- o xəbərdarlıq edib.

Əbdülhəmid yerli hakimiyyət orqanları və məsulların da fəaliyyətlərini tənqid edib və fərqli düşünən din xadimlərinə qarşı təhlükəsizlk təzyiqlərinin artdığını söyləyib.

Din xadimi ölkədə hakim olan ağır iqtisadi vəziyyətin xüsusilə aztəminatlı ailələr və kəndlilərə daha çox zərbə vurduğuna xatırladaraq, hökumətin bu təbəqəyə diqqətini artırmağa çağırıb.

O, həmçinin əyalətdə daha mülayim və yerli məmurların təyinatının vacibliyini deyib, radikal qüvvələrin fəaliyyətlərinin ziyanlı olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar