SON XƏBƏRLƏR

Güney azərbaycanlı gəncdən 20 gündür xəbər yoxdur

2026.05.03, 14:55
Güney azərbaycanlı gəncdən 20 gündür xəbər yoxdur

Güney azərbaycanlı gənc Aydin Milanın taleyi naməlumdur.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Təbrizli 25 yaşlı güney azərbaycanlı gənc Aydin Milan təxminən 20 gün əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və o vaxtdan bəri onun vəziyyəti və saxlanıldığı yer barədə heç bir məlumat yoxdur.

Bu vətəndaşın yaxınlarından əldə etdiyi məlumata əsasən, o, daha əvvəl də etiraz aksiyaları zamanı saxlanılmışdı. Lakin son saxlanmada, təxminən üç həftə keçməsinə baxmayaraq, yalnız iki qısa telefon əlaqəsi qura bilib və bundan sonra ailəsi ilə hər cür əlaqəsi kəsilib.

Gəncin ailəsi onun taleyindən ciddi narahatlıq ifadə edərək bildirib ki, müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb və heç bir rəsmi qurum onun vəziyyəti ilə bağlı məlumat vermir.

Bu vətəndaşın taleyi ilə bağlı davam edən qeyri-müəyyənlik, vəkilə çıxışın və ailə ilə əlaqənin olmaması narahatlıqları daha da artırır və hüquq müdafiəçilərinin fikrincə, bu hal özbaşına saxlanma və zorla yoxa çıxarma kimi qiymətləndirilə bilər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar