SON XƏBƏRLƏR

İran Hörmüzdə Koreya gəmisini hədəfə aldı

2026.05.04, 23:59
İran Hörmüzdə Koreya gəmisini hədəfə aldı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Cənubi Koreya mediası Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, “indiyədək Hörmüz boğazında Cənubi Koreya vətəndaşları arasında itki təsdiqlənməyib.”

“Korea Herald” nəşrinin məlumatına əsasən, Hörmüz boğazında lövbər salmış Cənubi Koreya bayrağı altında üzən yük gəmisi “ehtimal ki, xarici təsir nəticəsində zərbə alıb.”

“HMM Namu” adlı gəmi hadisə zamanı Birləşmiş Ərəb Əmirliklərinin Umm əl-Qüveyn limanı yaxınlığında, liman sərhədlərindən kənarda lövbər salmış vəziyyətdə olub. Hadisənin Cənubi Koreya vaxtı ilə təxminən saat 20:40-da baş verdiyi bildirilir.

Məlumatlara görə, gəmidə 24 nəfər heyət üzvü olub; bunlardan 6-sı Cənubi Koreya vətəndaşı, 18-i isə xarici ölkə vətəndaşıdır.

Bundan əvvəl bazar ertəsi İranın Oman dənizində, Cask adası yaxınlığında bir gəmiyə doğru iki raket atdığı bildirilmişdi.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun böyük ehtimalla Cənubi Koreyaya məxsus yük gəmisini hədəfə aldığı qeyd olunur.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar