SON XƏBƏRLƏR

Sofyanda baş verən yanğında yaralananlardan ikisi həyatını itirdi

2026.05.05, 10:49
Sofyanda baş verən yanğında yaralananlardan ikisi həyatını itirdi

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərinin "Təknam Keyhan Polymer" yapışqan zavodunda baş verən yanğın nəticəsində yaralananlardan ikisi həyatını itirib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, həkimlər yanıq xəsarətlərinin çox olduğuna görə, 10 gün xəstəxananın reanimasıya bölməsində müalicə olunan Məhəmməd Rzazadə və Nasir Müslümzadənin həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, aprelin 25-də baş verən yanğın nəticəsində 19 nəfər xəsarət alıb, onlardan ikisi həyatını itirib, bir neçə yaralı işçi isə reanimasıya bölməsində müalicə olunur.

Üstündən 10 gün kemçəsinə baxmayaraq, yanğının səbəbləri barədə açıqlama verilməyib.

İnsan haqları təşkilatları hadisənin baş verməsi və işçilərin xəsarət almasının əsas amilinin fabrikdə təhlükəsizlik qaydalarına riayət olunmaması olduğunu bildiriblər.

Onların fikrincə, işçilərin standart iş geyimi və təhlükəsizlik avadanlıqları ilə təmin olunmamalarının, onların həyatlarının təhükəyə düşməsinə səbəb olub.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar