SON XƏBƏRLƏR

Bəndər Abbas və Qeşm adasında güclü partlayış səsləri eşidilib

2026.05.05, 13:26
Bəndər Abbas və Qeşm adasında güclü partlayış səsləri eşidilib

Bu gün səhər saat 4:20 radələrində İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib.

Gunaz.tv

Bu barədə xaricdə fəaliyyət göstərən farsdilli media yerli mənbələrə istinadən məlumat yayıb.

Bununla yanaşı, saat 4:25-də də Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində də oxşar partlayış səsləri eşidilib.

Rəsmi dövlət mediası partlayışlarla bağlı açıqlama verməyib.

Qeyd edək ki, qeyd olunan saatlarda Buşehr şəhərinin Deyr limanında İranın 4 qayığı yanıb.

Rəsmilər qayıqların yanma səbəblərinin araşdırıldığını bildirsələr də, hələlik bu haqda açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar