SON XƏBƏRLƏR

Avropa Birliyi İranın Körfəz ölkələrinə hücumlarını pisləyib

2026.05.05, 14:59
Avropa Birliyi İranın Körfəz ölkələrinə hücumlarını pisləyib

Avropa Birliyi bəyan edib ki, İranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar beynəlxalq hüququn pozulmasıdır.

Gunaz.tv

Bəyanatda bildirilir: “Hücumlardan zərər görən Birləşmiş Ərəb Əmirlikləri və Oman ilə həmrəyliyimizi ifadə edirik.”

Avropa Birliyi həmçinin İranı bu hücumları dərhal dayandırmağa çağıraraq onların beynəlxalq hüququ açıq şəkildə pozduğunu vurğulayıb. Eyni zamanda region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini tələb edib.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə uyğun olaraq bu prinsiplərin tam şəkildə icra edilməsinin vacibliyi qeyd olunub.

Avropa Birliyi əlavə edib ki, “Avropanın və Körfəz regionunun təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır.”

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar