SON XƏBƏRLƏR

Qəzvin voleybol komandası Premyer Liqaya vəsiqə qazandı

2026.05.08, 10:43
Qəzvin voleybol komandası Premyer Liqaya vəsiqə qazandı

İranın birinci divizion voleybol liqasında parlaq nəticələr göstərən Qəzvinin "Müqəddəm" voleybol komandası növbəti mövsüm ölkənin premyer liqasına vəsiqə qazanıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bununla yanaşı, Qəzvinin "Arişa" komandası da ikinci divizion liqa yarışlarında qələbə qazanaraq, ölkənin birinci divizion yarışına vəsiqə qazanmağı bacarıb. Bununlada Qəzvin bu il Premyer Liqa və Birinci Divizionun voleybol yarışlarında iki komanda ilə iştirak edəcək.

Müharibə şərayitinə görə Premyer Liqa və Birinci Divizion oyunlarının dəqiq tarixi hələ açıqlanmasa da, yarışların sentyabr və oktyabr aylarında başlayacağı gözlənilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar