SON XƏBƏRLƏR

Daha 52 həmədanlının əmlak və aktivləri müsadirə olundu

2026.05.08, 14:16
Daha 52 həmədanlının əmlak və aktivləri müsadirə olundu

Müharibə ilə bağlı daha 52 həmədanlıya qarşı cinayət işi açılıb və onların əmlaklarının müsadirəsi barədə qərar verilib.

Gunaz.tv

Bu barədə Həmədan Əyalətinin İnqilab və Dövlət Prokurorluğu məlumat yayıb.

Onlar "düşməənlə əməkdaşlıq", "düşmən şəbəkələrlə əməkdaşlıq" və "İsrail və Amerika ilə əlaqədə" günahlandırılıblar.

Müsadirə olunan əmlak və aktivlərin müharibədə xəsarət görən obyektlərin bərpasına xərclənəcəyi bildirilib.

Bundan əvvəl isə üç mərhələdə eyni ittihamlara görə 101 həmədanlının əmlakı müsadirə olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar