SON XƏBƏRLƏR

40 ölkə Hörmüz boğazında hərbi əməliyyata hazır olduğunu açıqlayıb

2026.05.09, 18:43
40 ölkə Hörmüz boğazında hərbi əməliyyata hazır olduğunu açıqlayıb

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, Ərəb körfəzində gərginliyin artdığı və İrana qarşı dəniz məhdudiyyətlərinin davam etdiyi bir vaxtda, Britaniya və Fransanın rəhbərliyi altında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün geniş beynəlxalq koalisiyanın formalaşdırıldığı bildirilir.

Aprel ayında Londonda keçirilən və 44-dən çox ölkənin hərbi nümayəndələrinin qatıldığı iki günlük toplantıda təhlükəsizlik rəsmiləri və hərbi planlaşdırıcılar bu strateji su yolunda çoxtərəfli əməliyyatın detalları barədə müzakirələr aparıblar.

Məlumatlara görə, təxminən 40 ölkə Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlmiş missiyanın planlarında iştirak etməyə razılıq verib. Bu təşəbbüs son illərin ən böyük dəniz koalisiyalarından biri hesab olunur.

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl dünya neftinin təxminən beşdə biri Hörmüz boğazından daşınırdı. Müharibədən sonra isə İran bu strateji keçidi bağladı və bu addım qlobal enerji bazarında ciddi böhran yaratdı.

Son həftələrdə Britaniya və Fransa bölgədə hərbi iştirakını artırıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar