SON XƏBƏRLƏR

Küveytə PUA hücumu edildi

2026.05.10, 14:32
Küveytə PUA hücumu edildi

Körfəzdə gərginlik artır, Ordu düşmən dronlarını aşkarladı.

Gunaz.tv

Küveyt ölkə ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edildiyini açıqladı.

Gunaz TV-nin yaydığı məlumata görə, Küveyt ordusu bazar günü səhər saatlarında ölkə ərazisinin pilotsuz uçuş aparatları ilə hədəf alındığını bildirib.

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı “X” sosial şəbəkəsində yayımladığı açıqlamada qeyd edib: “Silahlı qüvvələr bu gün səhər saatlarında Küveyt hava məkanında bir neçə düşmən pilotsuz uçuş aparatını aşkarlayıb və onlarla müəyyən edilmiş prosedurlara uyğun şəkildə davranılıb.”

Küveyt ordusu bəyanatda pilotsuz aparatların haradan buraxıldığı və ya hansı mənbəyə aid olduğu barədə məlumat verməyib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar