SON XƏBƏRLƏR

İran tərəfdarları hədəfə alındı; BƏƏ-də qəfil həbslər və deportasiyalar

2026.05.10, 20:00
İran tərəfdarları hədəfə alındı; BƏƏ-də qəfil həbslər və deportasiyalar

Gunaz.tv

Birləşmiş Ərəb Əmirlikləri Pakistanın ABŞ ilə İran arasında əldə olunan atəşkəs prosesində vasitəçilik etməsindən qısa müddət sonra minlərlə pakistanlı işçini ölkədən deportasiya edib.

Bu barədə The New York Times qəzetində yayımlanan hesabatda bildirilib.

Məlumata görə, ölkədən çıxarılan şəxslərin böyük hissəsinin İrana yaxın mövqedə olduğu iddia edilir.

Hesabatda qeyd olunub: “Ölkədən çıxarılan şəxslər qəfil həbslərdən, ağır saxlanma şəraitindən, bank hesablarının dondurulmasından və heç bir izahat verilmədən sürətli deportasiyadan danışırlar.”

Məsələ xüsusilə diqqət çəkir, çünki hazırda təxminən 2 milyon pakistanlı BƏƏ-də çalışır və onlar hər il ölkələrinə milyardlarla dollar göndərirlər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar