SON XƏBƏRLƏR

Tehran ABŞ-ın təklifinə cavab verdi

2026.05.10, 21:00
Tehran ABŞ-ın təklifinə cavab verdi

Tehran ABŞ-ın təklif etdiyi planla bağlı cavabını Pakistan vasitəsilə Vaşinqtona göndərib.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İranın rəsmi xəbər agentliyi bildirib ki, Tehran müharibənin başa çatdırılması ilə bağlı ABŞ-ın son təklifinə cavabını Pakistanın vasitəçiliyi ilə təqdim edib.

IRNA cavabın detalları barədə məlumat vermədən yazıb: “Hazırkı mərhələdə danışıqlar bölgədə müharibənin dayandırılması məsələsinə fokuslanacaq.”

Bu arada Donald Trump ötən həftə yenidən bəyan etmişdi ki, Vaşinqton “İranın zənginləşdirilmiş uranını nəzarətə götürəcək.”

Eyni zamanda Amerika mediası Tehran və Vaşinqtonun müharibənin başa çatdırılması üçün ilkin razılaşmaya yaxın olduğunu yazıb. Reuters və Axios tərəflərin “bir səhifəlik memorandum” üzərində razılığa yaxınlaşdıqlarını bildirib.

Bunun əksinə olaraq The Wall Street Journal yazıb ki, ABŞ-ın təklifində İranın uranı zənginləşdirməni dayandırması, Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini bağlaması və yeraltı nüvə fəaliyyətlərini dayandırması tələb olunur.

ABŞ və İsrailin İrana qarşı başladığı genişmiqyaslı hücumlardan sonra tərəflər 40 günlük qarşıdurmanın ardından atəşkəsə razılaşıb. Buna baxmayaraq, yekun sülh razılaşması üçün danışıqlar davam edir.

 

GünAzTV
R.G

 

Danışıqlar dayanıb; Tehran hələ cavab verməyib

2026.05.10, 13:29

Danışıqlar dayanıb; Tehran hələ cavab verməyib

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar